...

ARDNŞ prezidenti ExxonMobil şirkətinin nümayəndə heyətini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2012 12:50 (UTC +04:00)
Aprelin 17-də ARDNŞ prezidenti Rövnəq Abdullayev ExxonMobil şirkətinin Azərbaycan layihələri üzrə meneceri Maykl Uaytın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
ARDNŞ prezidenti ExxonMobil şirkətinin nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Aprelin 17-də ARDNŞ prezidenti Rövnəq Abdullayev ExxonMobil şirkətinin Azərbaycan layihələri üzrə meneceri Maykl Uaytın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət Neft Şirkətindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan Abdullayev ARDNŞ ilə ExxonMobil arasında əməkdaşlıq münasibətlərindən məmnun olduğunu deyərək bu münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirmişdir.

ARDNŞ ilə tərəfdaşlıq əlaqələrinin ExxonMobil üçün əhəmiyyətli rol oynadığını vurğulayan Uayt özünün Azərbaycandakı fəaliyyət dövrünün başa çatdığını deyərək, bu şirkətin Azərbaycan üzrə yeni meneceri təyin olunmuş Alister MakLeodu təqdim etmişdir. Uayt ExxonMobil-in Azərbaycan layihələrinə yeni menecerin başçılıq etdiyi dövrdə də ikitərəfli əməkdaşlığın inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.

Təyinat münasibətilə MakLeodu təbrik edən ARDNŞ prezidenti iki şirkət arasında sıx tərəfdaşlıq münasibətlərinin bundan sonra da yüksələn xətlə irəliləcəyinə əmin olduğunu bildirmişdir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

Xəbər lenti

Xəbər lenti