...

Azərbaycanın ixrac etdiyi bitki məhsullarının keyfiyyəti ilə bağlı problem yoxdur – Fitosanitar Nəzarət Xidməti

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 16:33 (UTC +04:00)
Azərbaycanın ixrac etdiyi bitki məhsullarının keyfiyyəti ilə bağlı problem yoxdur.
Azərbaycanın ixrac etdiyi bitki məhsullarının keyfiyyəti ilə bağlı problem yoxdur – Fitosanitar Nəzarət Xidməti

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Axundov /

Azərbaycanın ixrac etdiyi bitki məhsullarının keyfiyyəti ilə bağlı problem yoxdur. Bu barədə cümə axşamı Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəhbəri Məmmədəli Dünyamalıyev bildirib.

"Son iki ildə Azərbaycandan ixrac olunan bitki məhsullarından heç bir ciddi şikayət daxil olmayıb, bununla bağlı narazılıq olmayıb", - Dünyamalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı məhsulları öz yüksək keyfiyyəti ilə fərqlənir.

"Biz ölkədən çıxarılan bütün bitki mənşəli kənd təsərrüfatı məhsullarını yoxlayırıq və müvafiq fitosanitar sertifikat veririk. İstənilən halda idxalçı ölkələr belə sertifikatlar olmadan məhsulu buraxmırlar", - Dünyamalıyev deyib.

Onun sözlərinə görə, Xidmət yerlərdə və bazarlarda mövsümi yoxlamaları davam etdirir və hansısa xəstəliyin olub-olmaması ilə bağlı bitki məhsullarını yoxlayır.

Xəbər lenti

Xəbər lenti