...

"Turan Bank"ın aktivləri 30 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2012 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Ə. Həsənov/

2012-ci ilin birinci rübün nəticələri üzrə Azərbaycan bankı "Turan Bank"ın kredit portfeli 2011-ci ilin analoji dövrü ilə müqayisədə 21 faiz artaraq 136,09 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü bankın saytında yerləşdirilən məlumatda deyilir.

Hesabat dövründə bankın aktivləri 31,5 faiz artaraq 179,79 milyon manat təşkil edib. Bu rəqəm 2011-ci ilin birinci rübünun nəticələri üzrə 136,76 milyon manat olub.

Aprelin 1-nə olan vəziyyətə görə, "Turan Bank"ın ümumi depozit portfeli ötən ilin analoji dövrünə nisbətən 66,8 faiz artaraq 73,7 milyon manat təşkil edib. Bundan başqa, fiziki şəxslərin əmanətləri 50,25 milyon (37,8 faiz artımla), hüquqi şəxslərin depozitləri isə 23,46 milyon manata (iki dəfədən çox artım) çatıb.

Aprelin 1-nə olan vəziyyətə görə, bankın kredit portfeli 173,32 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 16,9 faiz çoxdur.

"Turan Bank"ın gəlirləri 18,678 milyon manat (20,6 faiz artımla), bankın il ərzində xərcləri isə 25, fai artaraq 15 milyon manat təşkil edib. Xalis gəlir 12,2 faiz artaraq 3,27 milyon manat təşkil edib.

Hesabat dövründə aktiv kartların ümumi sayı 42,1 faiz artaraq 9636 ədədə çatıb.

2012-ci ilin birinci rübünün yekunları üzrə bankın nizamnamə kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə 10 faiz artaraq 22 milyon manat, məcmu kaital isə 25,95 milyon manat (9,8 faiz artım) təşkil edib.

Xəbər lenti

Xəbər lenti