...

Mərkəzi Bank: Azərbaycan maliyyə böhranından xeyli əvvəl valyuta ehtiyatları strukturunu təkmilləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 May 2012 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dünya maliyyə böhranından xeyli əvvəl öz qızıl valyuta ehtiyatlarını şaxələndiriblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

"Bizim portfelimiz müxtəlif ölkələrin valyutalarına, dünya iqtisadiyyatının vəziyyətinə, o cümlədən dollar, Avrozona və ya yen zonasındakı münasibətlərin strukturuna söykənir. Bu planda olduqca ciddi iqtisadi və analitik əsaslandırmalar mövcuddur. Böhran dövründə həyata keçirilən işlər ümumilikdə valyuta ehtiyatlarının coğrafi strukturunun yaxşılaşdırılmasına yönəldilmişdi. Biz bilirik ki, problemli ölkələr, heç bir problemi olmayan ölkələr və az sayda problemi olan ölkələr var. Bütün bunlar valyuta ehtiyatlarının coğrafi struktur dəyişikliklərinə təsir edib. Valyuta strukturunda isə hər hansı ciddi dəyişikliklər olmayıb", - Rüstəmov deyib.

Rüstəmov xüsusilə qeyd edib ki, AMB və ARDNF maliyyə böhranından xeyli əvvəl valyuta ehtiyatlarının strukturunu xeyli təkmilləşdiriblər.

AMB İdarə Heyətinin sədri Azərbaycanın qızıl valyuta ehtiyatlarının çox da böyük olmadığını vuğulayıb. Onlar, əsasən, yerli hasilat və ölkəyə düşən pay hesabına formalaşır.

Rüstəmovun sözlərinə görə, maliyyə böhranı dövründə valyutadan qızılın xeyrinə imtina tendensiyası müşahidə edilirdi. İqtisadiyyatın canlanması ilə bu o qədər də aktual olmadı, çünki qızıl passiv valyutadır ki, bu da investorları cəlb etmir.

Xəbər lenti

Xəbər lenti