...

"Azərsu" ASC-yə ötən ay 350-yə yaxın müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2012 16:26 (UTC +04:00)
2012-ci ilin aprel ayında "Azərsu" ASC-nin 955 saylı "qaynar xətt"inə abunəçilər tərəfindən 343 müraciət daxil olub və zənglərin əksəriyyəti Bakı şəhərində yaşayan vətəndaşlar tərəfindən edilib.
"Azərsu" ASC-yə ötən ay 350-yə yaxın müraciət daxil olub

Azərbaycan, Bakı, 11 may /Trend/

2012-ci ilin aprel ayında "Azərsu" ASC-nin 955 saylı "qaynar xətt"inə abunəçilər tərəfindən 343 müraciət daxil olub və zənglərin əksəriyyəti Bakı şəhərində yaşayan vətəndaşlar tərəfindən edilib.

ASC-nin mətbuat xiodmətindən cümə günü Trend-ə verilən məlumata görə, müraciətlərin təqribən 58,3 faizi və ya 200-ü su xətlərindəki qəza ilə bağlı olub. Ötən ay "Azərsu" ASC-nin "qaynar xətt"inə suyun verilməməsi ilə əlaqədar 93, kanalizasiya sistemindəki tutulmalarla bağlı isə 50 zəng olunub. Aprel ayında suyun tərkibi ilə bağlı abunəçilər tərəfindən müraciət daxil olmayıb.

Müraciətlərin sayı mart ayı ilə müqayisədə 126 zəng və ya 26,8 faiz azalıb. Qeyd edək ki, bildirişlərin çatdırılması, sayğac problemləri və ödənişlərlə bağlı "qaynar xətt"ə edilən müraciətlər yerli sukanal idarə və departamentlərinə yönləndirilir.

"Azərsu" ASC-nin "qaynar xətt"inə edilən 343 müraciətin hamısı Səhmdar Cəmiyyətin müvafiq bölmələri tərəfindən araşdırılıb və problemlər öz həllini tapıb.

Xəbər lenti

Xəbər lenti