Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.İsmayılov/
Bu gün Bakıda Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin təşkil etdiyi yolların tikintisi və istismarı üzrə beynəlxalq konfrans öz işinə başlayıb. Bu barədə cümə axşamı Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Elmi-texniki konfrans MDB Hökumətlərarası Yol mütəxəssisləri Şurasının və "Azvirt" şirkətinin dəstəyi ilə keçirilir.
Konfrans ASC-nin rəhbəri Cavid Qurbanovun çıxışı ilə açılıb. O, son illər ərzində Azərbaycanda yol tikintisi və yolların təmiri sahəsində görülən işlər və əldə olunan uğurlardan danışıb. Çıxışının sonunda Qurbanov iştirakçılara konfransın işində uğurlar hazırlayıb.
Konfransın gedişində iştirakçılar avtomobil yollarının çəkilişi və təmiri zamanı istifadə olunan materialların keyfiyyətinin yaxşılaşdırılması, yol örtüyünün müasir konstruksiyaları, yolların təmiri və tikintisi işində dünya təcrübəsi, yolların təmirində tullantılardan istifadə, maşın və mexanizmlər üçün yeni texnologiyalar məsələlərini nəzərdən keçiriblər.