...

Naftalan şəhərinin su təchizatı və kanalizasiya infrastrukturu yaxşılaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2012 18:23 (UTC +04:00)
"Azərsu" ASC "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edib.
Naftalan şəhərinin su təchizatı və kanalizasiya infrastrukturu yaxşılaşdırılacaq

Azərbaycan, Bakı, 25 may /Trend/

"Azərsu" ASC "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü ASC-nin yaydığı məlumatda deyilir.

Azərbaycan hökumətinin iştirak payı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin krediti hesabına maliyyələşdirilən layihə çərçivəsində Naftalan şəhərinin su təchizatı və kanalizasiya infrastrukturu yaxşılaşdırılacaq.

Layihəyə əsasən, Naftalan şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 315 mm diametrli polietilen borularla 6,4 kilometr uzunluğunda su xətti çəkiləcək, ümumi tutumu 3000 kubmetr olan 2 ədəd su anbarı və xlorator qurğusu tikiləcək. Bununla paralel olaraq, 32,35 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi çəkilərək 1800 ünvanda birləşdirmə aparılacaq. Layihə çərçivəsində ümumi uzunluğu 240 metr olan mikrotunel tipli kollektor qazılacaq.

Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada təqdim etməli, müsabiqədə iştirak üçün 150 manat və ya 200 ABŞ dolları ödəməlidir.

İddiaçı şirkətlər təkliflərini 9 iyul 2012-ci il tarixədək "Azərsu" ASC-yə təqdim edə bilərlər.

Xəbər lenti

Xəbər lenti