...

Azərbaycanda ipoteka istiqrazlarına tələbat təklifi 10 dəfədən çox üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2012 18:17 (UTC +04:00)
Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat həcmində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının növbəti emissiyası yerləşdirilib.
Azərbaycanda ipoteka istiqrazlarına tələbat təklifi 10 dəfədən çox üstələyib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir A.Axundov/

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı (AMB) yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat həcmində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının növbəti emissiyası yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi BFB-nin yaydığı məlumatda deyilir.

Hərracda nominal üzrə 34,245 milyon manat dəyərində sifarişlər iki investor tərəfindən təqdim edilib. İstiqrazların bütün həcmi tam yerləşdirilib. Sifarişlər 100,6750 faiz qiyməti üzrə təqdim edilib.

İstiqrazların ödənmə tarixi 22 yanvar 2022-ci ildir.

Yerləşdirmə 2012-ci ilin yanvarında illik 3 faiz dərəcəsi ilə hər bir istiqrazın nominal qiyməti 1000 manat olmaqla 30 milyon manat həcmində qeydə alınan emissiyadan həyata keçirilib.

Bu emissiyadan istiqrazların yerləşdirilməsi cari ilin mart ayının 15-də başlayıb və hazırda yerləşdirilən istiqrazların məbləği 14 milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti