...

Azərbaycanda "Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika" Texniki Komitəsi yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2012 11:33 (UTC +04:00)
Azərbaycanda "Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika" Texniki Komitəsi yaradılıb
Azərbaycanda "Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika" Texniki Komitəsi yaradılıb

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin birgə Əmri ilə Azərbaycan Respublikasında standartlaşdırma üzrə "Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika" Texniki Komitəsi (TK 11) yaradılmışdır. TK-nın Əsasnaməsi, strukturu və üzv təşkilatların siyahısı təsdiq edilmişdir.

Standartlaşdırma Komitəsindən Trend-ə verilən məlumata görə, TK 11 Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Əmrinə uyğun olaraq, torpaqların qiymətləndirilməsi, yerquruluşu, torpaq kadastrı, geodeziya və kartoqrafiya, coğrafi informasiya sistemləri, həmçinin əsas məkan məlumatları və naviqasiya xəritələrinin təhlükəsizliyinin təmin olunması, Milli Məkan Məlumatları İnfrastrukturu sahəsində təhkim edilmiş fəaliyyət sahələri üzrə milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir.

Texniki Komitənin strukturuna "Torpaqların qiymətləndirilməsi", "Torpağın keyfiyyətini yaxşılaşdıran vasitələr", "Geoməkan xidmətləri", "Kadastr informasiyasının menecmenti və informasiya cəmiyyəti", "Obrazlar", "Geodeziya və kartoqrafiya" alt komitələri daxildir. Üzv təşkilatlar sıyahısına müvafiq fəaliyyət sahəsinə malik mərkəzi icra hakimiyyəti orqanları, dövlət müəssisələri, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi-tədqiqat institutları, ali təhsil müəssisələri və bir sıra şirkətlər daxil edilmişdir.

TK-nın funksiyalarına torpaqların qiymətləndirilməsi, yerquruluşu, torpaq kadastrı, geodeziya və kartoqrafiya, coğrafi informasiya sistemləri, həmçinin əsas məkan məlumatları və naviqasiya xəritələrinin təhlükəsizliyinin təmin olunması, Milli Məkan Məlumatları İnfrastrukturu sahəsində standartlaşdırılma üzrə planların, habelə dövlət standartlarının işlənib hazırlanması, mövcud standartlara əlavə və dəyişikliklərin edilməsi və onların ləğvinə dair təkliflər hazırlayaraq təsdiq edilmək üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi daxildir.

Xəbər lenti

Xəbər lenti