Azərbaycan, Bakı, 11 iyun /Trend/
Bu gün "Texnikabank" ASC-nin baş ofisində səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib.
Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, ümumi yığıncaq Müşahidə Şurasının yeni tərkibini təsdiq edib.
İsmayılov Rövşən İsmayıl oğlu Müşahidə Şurasının sədri, Mürşüdlü Fuad Ələkbər oğlu və Ağayev Rauf Məmməd oğlu isə Şuranın üzvü seçiliblər.