...

“AXA MBASK” nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 190 min dollar ödəyib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2012 12:36 (UTC +04:00)
AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair üç ödənişi həyata keçirib.
“AXA MBASK” nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 190 min dollar ödəyib (FOTO)

Azərbaycan, Bakı, 12 iyul /Trend/

AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair üç ödənişi həyata keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

Sözügedən sığorta növünə aid ödəmələr iyunun 25-də Bakı-Qazax yolunda baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, AXA MBASK tərəfindən 2 962 manat məbləğində sığorta ödənişləri zədələnmiş "Hyundai HD 72", 1 092 manat "Mercedes Benz" 1117 yük və 945 manat "Mercedes Benz" E 220 markalı avtomobillərin sahiblərinə təqdim olunub.

Qeyd etmək lazımdir ki, ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağli şirkət artıq 150 min manata yaxın sığorta ödənişi edib.

İcbari sığorta növləri şirkətin 5 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 70-dən artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərtilə on-line rejimində buraxılır.

İcbari sığortanın qaydaları və tarifləri barədə əlavə məlumatı www.icbari.az saytında əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti