...

Azərbaycan və Türkiyə sosial müdafiə sahəsində hökumətlərarası sazişə yenidən baxacaqlar (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2012 13:42 (UTC +04:00)
Azərbaycan və Türkiyə sosial müdafiə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin bir sıra bəndlərinə yenidən baxa bilərlər.
Azərbaycan və Türkiyə sosial müdafiə sahəsində hökumətlərarası sazişə yenidən baxacaqlar (ƏLAVƏ OLUNUB)

Səlim Müslümovun sözləri əlavə olunub (ilk xəbər 13:28-də yayılıb)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan və Türkiyə sosial müdafiə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin bir sıra bəndlərinə yenidən baxa bilərlər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik ilə görüşündə qeyd edilib.

1998-ci ildə ölkələr arasında imzalanan saziş Türkiyədə işləyən Azərbaycan vətəndaşlarının əmək pensiyası haqqının tanınmasını nəzərdə tutur. Bu, Azərbaycanda işləyən Türkiyə vətəndaşlarını da əhatə edir.

"Türkiyə tərəfini Azərbaycanda tibbi sığortanın olmaması məsələsi narahat edir, halbuki Türkiyədə bütün xarici vətəndaşlar bu sığorta növü ilə əhatə olunublar. Həmçinin, Azərbaycan və Türkiyə qanunsuz əmək fəaliyyəti ilə mübarizə sahəsində əməkdaşlıq edirlər", - Müslümov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Türkiyə vətəndaşları DSMF-nin fərdi uçot sistemində qeydə alınan xaricilər arasında çoxluq təşkil edir. Türkiyənin payına 92 ölkədən olan xarici vətəndaşların 58,2 faizi düşür.

"Bu rəsmi məlumatdır, lakin reallıqda onların sayı çox ola bilər" , - DSMF sədri qeyd edib.

Çelikin sözlərinə görə, Türkiyə qanunsuz əmək fəaliyyəti, icbari sosial sığorta siyasəti, icbari tibbi sığorta və digər məsələlərlə mübarizə sahəsindəki təcrübəsini Azərbaycanla bölüşə bilər.

Xəbər lenti

Xəbər lenti