...

Yevlax-Mingəçevir mənzilində 2553 metr yolun əsaslı təmirinə start verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2012 10:17 (UTC +04:00)
Yevlax-Mingəçevir mənzilində 2553 metr yolun əsaslı təmirinə start verilib. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb. Təmir işləri üç gün davam edəcək və bununla da ilk 100 km yolun əsaslı təmiri başa çatacaq. Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib
Yevlax-Mingəçevir mənzilində 2553 metr yolun əsaslı təmirinə start verilib

Azərbaycan, Bakı, 19 iyul /Trend, E.İsmayılov/

Yevlax-Mingəçevir mənzilində 2553 metr yolun əsaslı təmirinə start verilib. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb. Təmir işləri üç gün davam edəcək və bununla da ilk 100 km yolun əsaslı təmiri başa çatacaq. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

Xatırladaq ki, Dövlət Proqramı çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.
Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisəsləri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti