...

Noyabra qədər Gürcüstanda Azərbaycan bankı "Paşa Bank"ın filialı açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2012 20:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan bankı "Paşa Bank" bu il oktyabrın sonunadək Gürcüstanda filialını açmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu cümə günü Gürcüstanın "Kommersant" radiosuna bankın bu ölkədəki nümayəndəliyinin rəhbəri Anar İsmayılov deyib.

Keçən ilin yayından Gürcüstanın bank bazarında "Paşa Bank"ın nümayəndəliyi iştirak edir və o nümayəndəlik filiala çevriləcək.

"Hazırda Tbilisi filialının təmiri və onun açılmasına hazırlıq işləri gedir. Artıq kadrların seçilməsi prosesi başa çatıb. "Paşa Bank"ın Tbilisi filialında 10 işçi çalışacaq", - İsmayılov deyib.

Onun sözlərinə görə, ilk üç ildə bank Gürcüstanda şəbəkəsini genişləndirməyəcək və bir filialla kifayətlənəcək.

Xəbər lenti

Xəbər lenti