...

MDB ölkələri müəssisələrinin tikinti fəaliyyətinin təmin olunması üzrə vahid informasiya sistemi yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2012 13:23 (UTC +04:00)
MDB iştirakçısı olan dövlətlər öz müəssisələrinin tikinti fəaliyyətinin təmin olunması üzrə vahid informasiya sisteminin yaradılması imkanlarını müzakirə edəcəklər.
MDB ölkələri müəssisələrinin tikinti fəaliyyətinin təmin olunması üzrə vahid informasiya sistemi yaradılacaq

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir A.Axundov/

MDB iştirakçısı olan dövlətlər öz müəssisələrinin tikinti fəaliyyətinin təmin olunması üzrə vahid informasiya sisteminin yaradılması imkanlarını müzakirə edəcəklər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi MDB iştirakçısı olan dövlətlərin tikinti sahəsində əməkdaşlıq üzrə hökumətlərarası Şurasının məlumatında deyilir.

"MDB iştirakçısı olan dövlətlər öz müəssisələrinin tikinti fəaliyyətinin təmin olunması üzrə vahid informasiya sisteminin yaradılması" mövzusunda seminar avqustun 15-də Moskvada keçiriləcək.

MDB iştirakçısı olan dövlətlərin nümayəndələri seminarda iştiraka dəvət ediliblər.

MDB iştirakçısı olan dövlətlərin tikinti sahəsində əməkdaşlıq üzrə hökumətlərarası Şurasında Azərbaycanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təmsil edir.

Xəbər lenti

Xəbər lenti