...

"Zaminbank" nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2012 12:30 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Zaminbank" ASC-nin ümumi dəyəri on milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Zaminbank" nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Zaminbank" ASC-nin ümumi dəyəri on milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı QKDK-nin yaydığı məlumatda deyilir.

Emissiya prospekti çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan 50 000 səhm buraxılıb.

Səhmlərin emissiyasının yerləşdirilməsi nəticəsində bankın kapitalı 22 181,8 min manatdan 32 181,8 min manatadək artırılacaq.

Xəbər lenti

Xəbər lenti