Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin həyata keçirilməsi yekun mərhələdədir və 2013-cü ildə istismara veriləcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə-Qazaxıstan biznes forumunda bildirib.
Onun sözlərinə görə, Türkiyənin Avropa hissəsini Anadolu ilə birləşdirməyə hesablanmış "Mərmərə" layihəsi 2013-cü ilin oktyabrında istismara verildikdən və bu layihəyə Bakı-Tbilisi-Qars layihəsi qoşulduqdan sonra İpək Yolu marşrutu bərpa ediləcək.
"London və Pekin arasında birbaşa marşrut yaradılacaq. Bakı-Tbilisi-Qars layihəsi Avropa, Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqin maraqlarına xidmət edəcək", - Baş nazir qeyd edib.