• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • İqtisadiyyat
  • Biznes və iqtisadiyyat xəbərləri

Bakıda "Aqua-Therm Baku-2012" beynəlxalq sərgisi keçiriləcək

16 Oktyabr 2012 18:20 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Oktyabr ayının 17-dən 20-dək Azərbaycan paytaxtında yerləşən "Bakı Ekspo" kompleksində "Aqua-Therm Baku-2012" 4-cü Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa Olunan Enerji Sərgisi keçiriləcək.

Həyata keçirildiyi 4 il ərzində "Aqua-Therm Baku" sərgisi təkcə Azərbaycanda deyil, həm də Xəzəryanı regionda istilik, su təchizatı, santexnika avadanlığı, havalandırma, kondisiyalaşdırma, hovuzlar, saunalar və spa üçün avadanlıqlar (HVAC) sahəsində regionun ən böyük və aparıcı tədbiri kimi öz mövqeyini qoruyub saxlaya bilib. Bu sərgiyə marağın səbəbi onunla izah olunur ki, məhz burada tərəfdaşlar və potensial sifarişçilərlə ünsiyyət saxlamaq, öz məhsul və xidmətlərini hər il bu tədbiri ziyarət edən 10.000-dən çox mütəxəssisə nümayiş etdirmək mümkündür. Tədbirin təşkilatçıları "Iteca Caspian" və "Fin-mark Srl." şirkətləri, eləcə də "ITE Group plc." şirkəti və onun tərəfdaşları - beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edən "EUF" (Türkiyə), "GIMA" (Almaniya), "ITE Gulf" (BƏƏ) və "ITE China" (Çin) şirkətləridir.

Bu il "Aqua-Therm Baku" sərgisi "Bakı Ekspo" mərkəzinin ikinci və dördüncü zalında təşkil olunacaq və Azərbaycan, İran, İtaliya, Rusiya, Türkiyə və Çinin 78 şirkətini, habelə Belçika, Finlandiya, İsveç, Yaponiya və digər ölkələrdən olan istehsalçı şirkətlərin yerli nümayəndəliklərini öz meydançasında bir yerə toplayacaq. Sərgidə ilk dəfə çıxış edən debütantların sayı da artıb və iştirakçıların ümumi sayının 30%-ni təşkil edir. Sevindirici haldır ki, sərgi ekspozisiyasının üçdə birini yerli şirkətlər təşkil edir və onların arasında sərginin daimi iştirakçıları - "Metak", "Sauna Inshaat", "Yusiko", "NJT", "Euroclima", "Nenzi-M" və digər şirkətlər var.

"Aqua-Therm Baku-2012" sərgisinin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, bu il iştirakçılar ötən il keçirilmiş sərgi ilə müqayisədə öz ekspozisiya sahələrini xeyli artırıblar və beləliklə, sərginin ümumi sahəsi ötən ilə nisbətən 10% artıb.

"Aqua-Therm Baku" sərgisinin daha bir fərqli cəhəti sərgidə təqdim olunan məhsul və xidmətlər çeşidinin artmasıdır. Belə ki, sərgidə ənənəvi istilik sistemləri, izolyasiya materialları, saunalar, ventilyatorlar, havapaylayıcı qurğular və s. bu kimi məhsullarla yanaşı, ilk dəfə olaraq eksklüziv kaminlər, "hava pərdələri", hovuzlar üçün duzlu suda işləyən avadanlıqlar və bir sıra digər eksponatlar təqdim olunacaq. Sərginin "Ventilyasiya və kondisiyalaşdırma" bölümündə "Carrier" (ABŞ), "Daikin" (Yaponiya), "Systemair" (İsveç), "Hitachi" (Yaponiya), "Sanyo" (Yaponiya) və "Thermona" (Çexiya) kimi dünya brendləri təqdim olunacaq. İstilik sahəsində isə "Robello" və "Immergas" (İtaliya) brendləri və s. təqdim olunur. Sərgidə iştirak edən və bu avadanlıqların istismarı üzrə ixtisaslaşan mütəxəssislər onun təhlükəsiz və səmərəli istismarı haqqında suallara ətraflı şəkildə cavab verəcəklər.

"Aqua-Therm Baku-2012" sərgisini zəngin işgüzar proqram müşayiət edəcək. Belə ki, 18 və 19 oktyabr tarixlərində "Bakı Ekspo" mərkəzində bu sahənin peşəkarları "DANFOSS" şirkətinin təmsilçiləri tərəfindən hazırlanan "Danfoss" enerjiyə qənaət avadanlığı" mövzusunda və "Ekolayn" ASC təmsilçilərinin iştirakı ilə "Ekolayn" ASC-nin istehsalı olan avadanlıqlar - həll variantları və innovasiyalar" mövzusunda seminarlarda iştirak etmək üçün unikal imkan əldə edəcəklər. Seminarların mövzuları, məruzəçiləri və qrafiki haqqında ətraflı məlumatla sərginin www.aquathermbaku.az veb saytında və "Facebook" şəbəkəsindəki səhifəsində tanış olmaq mümkündür.

Sərginin ildə bir dəfə keçirilməsinə baxmayaraq, dörd gün ərzində inşaat və HVAC sahələrinin peşəkarları burada ən dolğun vaxt keçirmək imkanı əldə edirlər. Sərgidə mütəxəssislər aparıcı şirkətlərin eksklüziv təklifləri ilə tanış olur, bu sahədəki innovasiyalar haqqında məlumat toplayır və danışıqlar aparır, eləcə də Xəzər və Qafqaz bazarlarında biznesin təşviqi üçün sərgi məkanından istifadə edirlər. Beləliklə, sərgi qarşılıqlı əlaqələrin özünəməxsus katalizatoru kimi, Azərbaycanlı və xarici sahibkarlar arasında tərəfdaşlığın genişləndirilməsinə xidmət edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • sərgi
Digər xəbərlər
Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubiley sərgisi keçiriləcək
Mədəniyyət 3 Dekabr 03:47
“Bakutel-2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçiriləcək
Telekommunikasiya 29 Noyabr 12:55
“Agritechnica-2019” beynəlxalq sərgisində Azərbaycanın aqrar sektorunda tətbiqi imkanları müzakirə edilib (FOTO)
İqtisadiyyat 21 Noyabr 11:00
Londonda Rembrandtın iki rəsm əsərini oğurlamağa cəhd olunub
Dünya xəbərləri 16 Noyabr 06:13
650 min ağacın əkiləcyi ərazilərin xəritələnməsi həyata keçirilib - Nazir müavini
Cəmiyyət 14 Noyabr 12:48
Robopark sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb (VİDEO)
İqtisadiyyat 13 Noyabr 18:48
Xəbər lenti
Azərbaycan nefti bahalaşır
İqtisadiyyat 22:11
Milli Məclisin deputatı Yevda Abramov vəfat edib
Gündəm 21:23
Yevlax: genişmiqyaslı kampaniya zamanı minlərlə ağac əkilib (FOTO)
Cəmiyyət 20:56
Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfə (FOTO)
Cəmiyyət 20:48
Bakıda bu işçilərin maaşları artıb
Cəmiyyət 20:43
ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib (FOTO)
Cəmiyyət 20:33
Kapital Bank yenilənən Cəlilabad filialını istifadəyə verib
İqtisadiyyat 20:23
Bir gündə 650 min ağac əkək: Tovuzlular xeyirxah təşəbbüsə həvəslə qoşulublar (FOTO)
Cəmiyyət 20:15
Birlik sədri: 650 min ağacın əkilməsi yaşıllıqların sahəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq
Cəmiyyət 20:08
Ən çox oxunanlar
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Qətlə yetirilən FHN əməkdaşının atası: Oğlumu öldürən şəxsin biri məsuliyyətdən yayınıb
Bu gün əkilən ağacların sayı 650 mini keçib - ETSN
Ağacəkmə aksiyasında bu rayonlar fərqlənib
Nəzər nöqtəsi
650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır - Bəhruz Quliyev

650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır - Bəhruz Quliyev

Deputat: Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq
Fikrət Sadıqov: Azərbaycan parlamentinə innovativ ideyalarla yeni gənc kadrlar lazımdır
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri