...

Azərbaycan Beynəlxalq Bankı "Diners Club" kartlarının eksklüziv buraxılışına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2012 14:12 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) bu gün Bakıda "Diners Club" beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Azərbaycan Beynəlxalq Bankı "Diners Club" kartlarının eksklüziv buraxılışına başlayır

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir C. Nəsibova/

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu gün Bakıda "Diners Club" beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.

ABB bu müqaviləni imzalamaqla Azərbaycan bazarında bankın buraxacağı beynəlxalq ödəniş sistemlərinin siyahısını genişləndirib. Hazırda bank Visa International, MasterCard və American Express ilə əməkdaşlıq edir.

"Biz "Diners Club" ilə əməkdaşlığa görə şadıq, nəticədə indi ilk beynəlxalq ödəniş sisteminin kartları Azərbaycanda təqdim olunacaq" , - ABB-nin İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev imzalanma mərasimində deyib.

"Diners Club"un Avropa və Yaxın Şərq üzrə direktoru Jan Fransua Pol bildirib ki, Azərbaycanın qabaqcıl bankı ilə əməkdaşlığa görə şaddır və ödəniş sistemi hər cür dəstək verməyə hazırdır.

Qeyd edək ki, "Diners Club" dünyada plastik kartlarla işləməyə başlayan ilk şirkətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti