...

Azərbaycanda məişət tulalntılarının idarə edilməsi sahəsində uzunmüddətli layihələr reallaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2012 14:25 (UTC +04:00)
Azərbaycanın inkişafını diqqətə alaraq məişət tullantılarının atılmalarının miqdarının azaldılması əhəmiyyətli amildir.
Azərbaycanda məişət tulalntılarının idarə edilməsi sahəsində uzunmüddətli layihələr reallaşdırılacaq

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycanın inkişafını diqqətə alaraq məişət tullantılarının atılmalarının miqdarının azaldılması əhəmiyyətli amildir. Bunu nəzərə alaraq "Təmiz Şəhər" ASC uzunmüddətli maarifləndirmə kampaniyasına start verir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Təmiz Şəhər" ASC-nin idarə heyətinin sədri Zakir İbrahimov "Tullantı kalkulyatoru" layihəsinə həsr olunmuş tədbirdə bildirib.

Kampaniyanın əsas məqsədi istehlakın səviyyəsinin tənzimləndirilməsi və tullantıların azaldılmasına çağırışdır.

"Azərbaycanda artıq tullantıların atılmasının azaldılması məqsədi ilə bir sıra layihələr, xüsusilə bərk tullantıları çeşidləşdirici zavodun və emal edilmiş məişət tullantılarından elektrik enerjisi istehsal edən zibilyandırma zavodun tikintisi, həmçinin İqtisadi İnkişaf Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Bakıda məişət tullantılarının kompleks idarə edilməsi layihəsi həyata keçirilir", - İbrahimov deyib.

Ancaq bu layihələrdən başqa, onun sözlərinə görə, həmçinin tullantıların atılması ilə bağlı məsələlərdə əhaliyə məlumat verilməsi üçün başqa uzunmüddətli layihələrə ehtiyac var. Amma belə layihələrlə yanaşı hər gün insanlar (ailələr) tərəfindən atılan tullantıların miqdarına nəzarət etməyə imkan verəcək elektron "Tullantı kalkulyatoru" layihəsinin işə salınmasına da ehtiyac var.

Təşkilatın layihələrin idarə olunması və ictimaiyyətlə əlaqə üzrə şöbəsinni rəhbəri Oqtay Məmmədovun sözlərinə görə, bu layihə habelə istilik effekti yaradan qazların atmosferə atılmasına nəzarət etməyə imkan verəcək.

O bildirib ki, statistikaya əsasən, orta hesabla insan hər gün bir kiloqram tullantı istehsal edir, ancaq, yeni kalkulyatordan istifadə zamanı o tullantıların miqdarına nəzarət edə və onları azalda biləcək.

"Tullantı kalkulyatoru" "Təmiz Şəhər"in məişət tullantılarının miqdarının azaldılması üzrə uzunmüddətli proqram çərçivəsində yalnız bir layihədir. Ondan başqa, biz bir sıra başqa layihələr və tədbirlər həyata keçirməyi planlaşdırırıq", - Məmmədov bildirib.

"EnviroComms" şirkətinin kommunikasiyalar üzrə direktoru Stiven Beyts çıxışı zamanı qeyd edib ki, məişət tullantılarının idarə olunması istənilən dövlət üçün əhəmiyyətli məsələdir. Ancaq tullantıların düzgün idarə olunması ölkəyə böyük xeyir gətirə bilər. Bundan başqa, tullantıların düzgün idarə olunması yalnız maliyyə cəhətdən fayda gətirmir, o həm də yeni iş yerlərinin yaradılmasına kömək edir və ölkənin ekologiyası üçün xeyirlidir.

Beyts həmçinin onda qeyd edib ki, cəmiyyət məişət tullantılarının miqdarının azaldılmasında prinsipial rol oynayır və buna görə o, məlumatlandırılmış və bu prosesə cəlb edilmiş olmalıdır.
Tədbirdə həmçinin məişət tullantılarının idarə edilməsi sahəsində terminlərin izahlı lüğəti təqdim edilib.

Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Azad Əliyev öz çıxışında bildirib ki, bu lüğət ekoloqlara, tələbələrə, alimlərə köməkçi vəsait kimi xidmət edəcək, həmçinin bərk məişət tullantılarının idarə edilməsinin konsepsiyasının yerinə yetirilməsinə kömək edəcək.

Tədbir "Təmiz Şəhər" ASC-nin dəstəyi ilə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti