Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir İ.Xəlilova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi dəyişməz qalıb. Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7850 manat səviyyəsində müəyyən olunub.
ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi |
|||
15 oktyabr |
0,7850 |
22 oktyabr |
0,7850 |
16 oktyabr |
0,7852 |
23 oktyabr |
0,7850 |
17 oktyabr |
0,7852 |
24 oktyabr |
0,7850 |
18 oktyabr |
0,7852 |
25 oktyabr |
0,7850 |
19 oktyabr |
0,7851 |
26 oktyabr |
0,7850 |
Həftə ərzində orta |
0,78514 |
Həftə ərzində orta |
0,7850 |
Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməz qalıb. Orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7841 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): oktyabrın 22-də 0,7841 AZN/USD məzənnə ilə 0,721 mln. dollar; oktyabrın 23-də 0,7841 AZN/USD məzənnə ilə 1,875 mln. dollar; oktyabrın 24-də 0,7841 AZN/USD məzənnə ilə 0,888 mln. dollar; oktyabrın 25-26-da bayram günləri ilə əlaqədar sövdələşmələr aparılmayıb.
ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi |
|||
15 oktyabr |
0,7841 |
22 oktyabr |
0,7841 |
16 oktyabr |
0,7841 |
23 oktyabr |
0,7841 |
17 oktyabr |
0,7841 |
24 oktyabr |
0,7841 |
18 oktyabr |
0,7842 |
25 oktyabr |
0,7841 |
19 oktyabr |
0,7841 |
26 oktyabr |
0,7841 |
Həftə ərzində orta |
0,78412 |
Həftə ərzində orta |
0,7841 |
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.