...

"Unibank" sevgililər üçün güzəştli kredit təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2013 12:52 (UTC +04:00)
"Sevgililər günü" münasibətilə "Unibank"da yeni kampaniya başlayıb.
"Unibank" sevgililər üçün güzəştli kredit təklif edir

Azərbaycan, Bakı, 14 fevral /Trend/

"Sevgililər günü" münasibətilə "Unibank"da yeni kampaniya başlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, bu kampaniya çərçivəsində hər bir "Albalı" kart sahibi fevralın 13-14-də bankın partnyoru olan 500-dən artıq mağazadan güzəştli alış-veriş edərək, aldığı malın və ya göstərilən xidmətin dəyərini 2 aydan sonra ödəmək imkanı qazanacaq, həm də faizsiz və hissə-hissə.

13-14 fevral aksiyası ATM nağdlaşdırmaları və onlayn kommunal ödənişlərinə şamil edilmir.

Onu da qeyd edək ki, ALBALI kart sahiblərini 13-14 fevral tarixlərində "Unibank"ın partnyor-mağazaları olan L'occitane (10 faiz), Gülüm(10 faiz), Bateel(15 faiz), İtalsilver(20 faiz) və Greenwich (20 faiz) dükanlarında endirim kampaniyaları gözləyir.

"Unibank"ın ALBALI kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. ALBALI kartı tamamilə pulsuzdur. Bu kart paytaxtın 500-dən artıq mağazasında məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. ALBALI kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Məsələn, siz "Unibank"ın partnyor-mağazasından120 manatlıq alış-veriş edirsiniz. Mağaza bu məhsulu 12 aylıq taksitlə satırsa, siz hər ay cəmi 10 manat ödəyirsiniz. Ödənişi "Unibank"ın istənilən filialındakı Cash-in terminallarının köməyi ilə aparmaq mümkündür.

Müştərilər ALBALI kartı "Unibank"ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, illik faiz dərəcəsi 0% olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 manatadək kredit cəlb etməyə imkan verən ALBALI kartı, bankomat vasitəsilə 200 manatadək nağd pulu almağı da mümkün edir. ALBALI kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq yetər.

Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldura bilərsiniz.

"Albalı" kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, "Unibank"ın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti