...

Azərbaycan və Rusiya dövlət sərhədlərinin sərhəd nişanları ilə möhkəmləndirilməsinə hazırlaşırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2013 11:23 (UTC +04:00)
Azərbaycan və Rusiya yaxın vaxtlarda yerlərdə dövlət sərhədlərinin sərhəd nişanları ilə möhkəmləndirilməsinə başlayacaqlar.
Azərbaycan və Rusiya dövlət sərhədlərinin sərhəd nişanları ilə möhkəmləndirilməsinə hazırlaşırlar

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan və Rusiya yaxın vaxtlarda yerlərdə dövlət sərhədlərinin sərhəd nişanları ilə möhkəmləndirilməsinə başlayacaqlar.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov cümə günü keçirilən kollegiya iclasında bəyan edib.

"Azərbaycan və Rusiya 390 kilometr uzunluğunda dövlət sərhədinin delimitasiyasını aparıblar, iki ölkənin parlamentləri dövlər sərhədi haqqında müqaviləni ratifikasiya ediblər. Yaxın vaxtlarda ölkələr yerlərdə dövlət sərhədinin möhkəmləndirilməsinə başlayacaqlar", -Məmmədov bidlirib.

Onun sözlərinə görə, Gürcüstanla sərhədin delimitasiyası üzrə iş hələ başa çatmayıb. İki ölkənin ekspertləri müntəzəm görüşlər keçirir, sərhəd zolağında müvafiq ölçmə işləri həyata keçirirlər. Dövlət komissiyaları səviyyəsində 480 kilometrlik sərhədin 280 kilometri razılaşdırılıb.

"Bundan başqa, Azərbaycanın və İranın mütəxəssisləri sahilbərkitmə, eləcə də sərhədin demarkasiyası işləri həyata keçirirlər", - Məmmədov bildirib.

Onun sözlərinə görə, habelə komitənin əməkdaşalrı Xzəər dənizinin hüquqi statusunun müəyyən edilməsi və onun sektorlara bölünməsində də iştirak edirlər. Bu günədək Azərbaycan, Qazaxıstan və Rusiyanın sektorları müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti