...

Azərbaycanda 440 torpaq qanunvericiliyinin pozulması faktı qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2013 13:50 (UTC +04:00)
Ötən il Azərbaycanda 440 torpaq qanunvericiliyinin pozulması faktı qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov komitənin kollegiya iclasında çıxışı zamanı deyib.
Azərbaycanda 440 torpaq qanunvericiliyinin pozulması faktı qeydə alınıb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir A.Axundov/

Ötən il Azərbaycanda 440 torpaq qanunvericiliyinin pozulması faktı qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov komitənin kollegiya iclasında çıxışı zamanı deyib.

"Qanunu pozanlara qarşı xəbərdarlıq edildikdən sonra 136 halda qanun pozuntusu aradan qaldırılıb, 304 inzibati qanun pozuntusu ilə əlaqədar protokol tərtib edilib. Qanunu pozanlara qarşı 22 157 manat dəyərində cərimə tətbiq edilib, bu məbləğdən 3 689 manat artıq ödənilib, qalan 18 468 manatın ödənilməsi üçün məhkəmə instansiyalarına müvafiq sənədlər göndərilib", - Məmmədov qeyd edib.

Onun sözlərinə görə, bu inzibati pozuntular 3 vəzifəli, 1 hüquqi və 436 fiziki şəxs tərəfindən olub.

"Ötən il Komitə 2870 ərizə və şikayətə baxıb, bunlardan 659-u təkrar, 565-i şikayətdir ki, onlar da xüsusi nəzarət tələb edir. Komitə bununla əlaqədar müvafiq tədbirlər görüb", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti