...

"Amrahbank" 2012-ci ilin yekunlarına həsr olunmuş korporativ tədbir keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2013 15:37 (UTC +04:00)
2013-cü il fevralın 9-da "Monolit Plaza"da "Amrahbank"ın bütün kollektivininin iştirakı ilə 2012-ci ilin yekunlarına həsr olunmuş korporativ tədbir keçirilib. Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbiri idarə edən tanınmış aparıcı Murad Arif ilk sözü Bankın İdarə Heyətinin Sədri vəzifəsini icra edən cənab Emil Həsənova verib.
"Amrahbank" 2012-ci ilin yekunlarına həsr olunmuş korporativ tədbir keçirib

Azərbaycan, Bakı, 18 fevral /Trend/

2013-cü il fevralın 9-da "Monolit Plaza"da "Amrahbank"ın bütün kollektivininin iştirakı ilə 2012-ci ilin yekunlarına həsr olunmuş korporativ tədbir keçirilib. Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbiri idarə edən tanınmış aparıcı Murad Arif ilk sözü Bankın İdarə Heyətinin Sədri vəzifəsini icra edən cənab Emil Həsənova verib.

"Amrahbank"ın yaranma tarixi, keçdiyi inkişaf mərhələləri, son illərdə Azərbaycanın bank sektorunda əldə edilən nailiyyətlər, bankın ötən ilin fəaliyyət göstəriciləri barədə ətraflı məlumat verən cənab Emil Həsənov qeyd etdi ki, 2013-cü ildə "Amrahbank"ın 20 yaşı tamam olur.

Onun sözlərinə görə son dövrlərdə bank tərəfindən həyata keçirilən məqsədyönlü siyasət müntəzəm olaraq davam etdiriləcəkdir ki, bu da bankın maliyyə qüdrətinin gücləndirləməsinə, qarşıya qoyulan strateji hədəflərə çatmasına səbəb olcaqdır. Cənab Emil Həsənov öz çıxışında bankın fəaliyyətində əməyi olan hər bir əməkdaşa, onu dəstəkləyən strateji tərəfdaşlara, Bankın inkişafı yolunda onunla birgə addımlayan müştərilərə öz minnətdarlığını bildirdi.

Sonra bankdaxili keçirilmiş sosial sorğunun nəticələrinə əsasən bankın 25 əməkdaşı müxtəlif nominasiyalar üzrə, o cümlədən bank üzrə ilin ən yaxşı işçisi, filiallar üzrə ilin ən yaxşı işçisi, müxtəlif xidmətlər üzrə ilin ən yaxşı mütəxəssisləri və s. fəxri diplomlarala mükafatlandırıldılar.

Bundan başqa, milli-mədəni dəyərlərimizə, bankın inkişaf tarixinə, bankın əməkdaşlarına həsr olunmuş əyləncəvi-intellektual yarışmaların keçirilməsi isə tədbirin yaddaqalan anlardan biri oldu.

1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. "Amrahbank" həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

2008-ci ildən Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 49% səhm paketi ilə "Amrahbank"ın strateji səhmdarıdır.

Hal-hazırda bankın baş ofisi, 19 filiali və 3 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti