...

Ziya Məmmədov: Ötən il Azərbaycanda 500 km artıq avtomobil yolu təmir olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2013 16:22 (UTC +04:00)
2012-ci ildə Azərbaycanda tikilmiş və yenidən qurulan yolların ümumi ölçüsü 537,2 km olub.
Ziya Məmmədov: Ötən il Azərbaycanda 500 km artıq avtomobil yolu təmir olunub

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E. İsmayılov/

2012-ci ildə Azərbaycanda tikilmiş və yenidən qurulan yolların ümumi ölçüsü 537,2 km olub. Trend-in məlumarlna görə, bu barədə nəqiliyyat naziri Ziya Məmmədov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

Məmmədovun sözlərinə görə, ötən il tikilən və yenidın qurulan yolların 134,6 km-i respublika əhəmiyyətli, 402,6 km-i yerli əhəmiyyətli olub.

"Bu müddət ərzində avtomobil yollarında 25 ədəd körpü tikilib",- deyə nazir qeyd edib.

Məmmədovun sözlərinə görə, ötən il yük və sərnişin daşımaları 2011-ci ilə nisbətən müvafiq olaraq 6,2 və 8,4 faiz artaraq 153,5 milyon ton yük və 1,6 milyard nəfər sərnişin təşkil edib.

Ölkəyə gətirilən yüklərin 22,9 milyon tonu dəmir yolu, 12,4 milyon tonu su, 117,9 milyon tonu isə avtomobil nəqliyyatı ilə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti