...

Əfsanəvi Brayan Treysi Bakıda çıxış edəcəkdir!

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2013 12:15 (UTC +04:00)
Dünyanın aparıcı bines-konsultantlarından biri olan, dünyaca məşhur Brayan Treysi Bakıya gəlir!
Əfsanəvi Brayan Treysi Bakıda çıxış edəcəkdir!

Dünyanın aparıcı bines-konsultantlarından biri olan, dünyaca məşhur Brayan Treysi Bakıya gəlir!

Bu gün, Brayan Treysi idarəçilik, effektiv satış, uğurlu biznes idarəetməsi, şəxsi potensialın inkişafı sahəsi üzrə dünyanın ən uğurlu məsləhətçilərdən biridir.

Brayan dünyanın 80 ölkəsində 1000-dən çox şirkət üçün 4000-dən çox seminarlar keçirmişdir!

Onun seminarlarında 400,000 çox insan iştirak etmiş, onların arasında, IBM, Bank of America, Mobil, Ernst & Young, Qazprom (Rusiya), BMW, Ford, Toyota, Nissan, Mercedes Benz və.s kimi dünya brendlərinin rəhbərləri və əməkdaşlarını qeyd etmək olar.

Brayanın seminarları dinamik, informativdir, bu onlardan zövq almağa imkan yaradır. Brayan özünün hər müraciətini ünsiyyətə girdiyi auditoriyaya uyğun təşkil etmək kimi mükəmməl qabiliyyətə malikdir. O, iştirakçılara faktlar, yumor, özünün professional təcrübəsi və praktik anlayışların nadir kombinasiyasına malik mükəmməl ideya və strategiyaları töhfə verir. İştirakçılar onları dərhal öz fəaliyyətlərində tətbiq edə və daha yaxşı nəticələrə nail ola bilərlər.

O, 300-dən çox kitabın, insanın şəxsi və professional fəaliyyətinin bütün sahələrini əhatə edən audio və video tədris proqramlarıının müəllfidir. Onların arasında dünyanın ən çox satılan, "Nailiyyətin Psixologiyası", "Milyon dollar dəyərində vərdişlər", "Maksimum müvəffəqiyyət", "Biznesdə uğur üçün tamamilə mübahisəsiz 100 qanun" "Milyonçuların uğurunun 21 sirri", "Öz zamanını idarə et və nəticələri artır", "Yaxşı işçiləri işə götürmək və işdə saxlamaq" kitabları vardır. Bu kitablar 18 dilə tərcümə olunmuş və 37 ölkədə satılır!

2010-cu ilin əvvəllərində həkimlər ona 3-cü dərəcəli boğaz xərçəngi diaqnozu qoydular. Lakin, Treysi, təslim olmadı və bu ağır xəstəliyi dəf etdi. O, öz timsalında bütün insanlara həyatda nə kimi çətinliklərlə üzləşmələrinə baxmayaraq təslim olmamağı arzuladı.

Brayan Treysi bu biznes-seminarı 30 aprel, 2013-cü il tarxində keçirəcəkdir.

Brayan Treysinin promo səhifəsi ilə bu linkdən tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti