...

Mərkəzi Bank iki kredit ittifaqının lisenziyasını ləğv edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2013 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Bankı (AMB) iki kredit ittifiqanın məhdud bank fəaliyyətinin aparılması üçün verdiyi lisenziyanı ləğv edib. Trend-in məlumatına görə, bu barədə AMB-nin yaydığı məlumat "Xalq" qəzetində dərc olunub.

AMB məlumata görə, "Tatyan" Kredit İttifaqi MMC (Masallı rayonu Tatyan kəndi) qanunvericlik aktlarının və Məkəzi Bankın normativ xarakterli aktlarının tələbələrini pozulmasına və həmin halların aradan qaldırılmamasına görə, "Yüzbaşılı-2" (Ağdam rayonu Yüzbaşılı kəndi) Kredit İttifaqi MMC-nin isə üzürsüz səbəblərdən ardıcıl olaraq iki hesabatı vaxtında təqdim etmədiyinə görə ləğv olunub.

Qərar rəsmi qəzetdə dərc edildiyi gündən 10 gün sonra qüvvəyə minir. Qərar qüvvəyə mindiyi gündən 30 gün müddətində maraqlı şəxs tərəfindən aidiyyatı üzrə Azərbaycan İnzibati-İqtisadi Məhkəməsinə şikayət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti