...

Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı strategiya hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2013 15:18 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilə qədər aqrar sektorun inkişafı ilə bağlı strategiya hazırlayıb.
Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı strategiya hazırlanıb

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilə qədər aqrar sektorun inkişafı ilə bağlı strategiya hazırlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə strategiya layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq.

Hazırlanan strategiya 4 əsas istiqaməti: bitkiçiliyin inkişafı; heyvandarlığın inkişafı; boş torpaq sahələrinin saxlanılması və kənd təsərrüfatı məhsullarının satışının marketinqi ilə bağlı məsələləri əhatə edir.

Əliyevin sözlərinə görə, daha əvvəl nazirlik kənd təsərrüfatı sahəsinin 2013-2020-ci illərdə inkişafı ilə bağlı dövlət proqramı hazırlayaraq hökumətə təqdim edib. Bu sənədlər ölkə başçısı tərəfindən təsdiq edilmiş kənd təsərrüfatının inkişafı konsepsiyasına uyğun hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti