...

Azərbaycan dabaq xəstəliyi ilə mübarizə metodlarını yaxşılaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2013 17:39 (UTC +04:00)
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) üzv ölkələri yaxın iki ildə dabaq xəstəliyi ilə mübarizə üzrə fəaliyyəti müəyyənləşdirəcəklər.
Azərbaycan dabaq xəstəliyi ilə mübarizə metodlarını yaxşılaşdırır

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir A.Axundov/

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) üzv ölkələri yaxın iki ildə dabaq xəstəliyi ilə mübarizə üzrə fəaliyyəti müəyyənləşdirəcəklər.

Trend-in məlumatına görə, çərşənbə axşamı Bakıda Qərbi Avrasiyada dabaq xəstəliyi ilə mübarizə üzrə proqramın dördüncü illik seminarı öz işinə başlayıb. Seminar transsərhəd xəstə heyvanlara proqressiv nəzarət (GFTADs) məqsədilə dalaq xəstəliyi üzrə qlobal struktur çərçivəsində regionlararası birgə iclas qismində Qərbi Avrasiyada dalaq xəstəliyinə görə proqressiv nəzarət üzrə milli və beynəlxalq səylərin əlaqələndirilməsi üçün FAO, Beynəlxalq Epizootik Büro və Avropa Komissiyası tərəfindən keçirilir.

Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev çərşənbə axşamı jurnalistlərə bildirib ki, iclas Azərbaycana yaxın iki ildə dalaq xəstəliyi ilə mübarizə üzrə profilaktik fəaliyyət planını yaxşılaşdırmağa, həmçinin bu xəstəliyin coğrafiyasının genişlənməsinin qarşısını almağa yardım edəcək.

İclasın əsas vəzifələri bunlardır: Qərbi Avrasiyada dalaq xəstəliyi ilə mübarizədə irəliləyişin icmalı, qısamüddətli perspektivdə vaksinasiyanın planlaşdırılması və digər profilaktik tədbirlərə kömək üçün Qərbi Avrasiyanın ekoloji sistemində dalaq virusunun sirkulyasiyası barədə informasiya mübadiləsi.

İclasda edilən məruzə milli və beynəlxalq təşkilatlara 2013-2014-cü illərdə dalaq xəstəliyi ilə mübarizə üzrə profilaktik tədbirləri yaxşı planlaşdırmağa, həmçinin yaxın illərdə diqqətin yetirilməli olduğu beynəlxalq dəstəkdə boşluqları müəyyənləşdirməyə kömək etməlidir.

Seminar aprelin 4-dək davam edəcək. Seminarda 14 ölkədən 50 nümayəndə, həmçinin beynəlxalq təşkilatların ekspertləri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti