...

"Unibank" dövlət qulluqçuları, həkimlər və hərbçilərə güzəştli kreditlər təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2013 16:05 (UTC +04:00)
"Unibank"da müxtəlif peşə sahiblərinin bayramı münasibətilə möhtəşəm yay kampaniyası başladı. Bu kampaniya çərçivəsində dövlət qulluqçuları, hərbçilər və həkimlərə daha güzəştli şərtlərlə və daha uzun müddətə peşə kreditləri verilir.
"Unibank" dövlət qulluqçuları, həkimlər və hərbçilərə güzəştli kreditlər təklif edir

Azərbaycan, Bakı, 18 iyun /Trend/

"Unibank"da müxtəlif peşə sahiblərinin bayramı münasibətilə möhtəşəm yay kampaniyası başladı. Bu kampaniya çərçivəsində dövlət qulluqçuları, hərbçilər və həkimlərə daha güzəştli şərtlərlə və daha uzun müddətə peşə kreditləri verilir.

Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, iyulun 15-dək "Unibank"dan kredit götürən bu peşə sahiblərinə 2% endirim ediləcək. Kreditin maksimal məbləği 7500 AZN-dək artırılıb, ödəniş müddəti isə 48 ayadək uzadılıb. Üstəlik, kampaniya çərçivəsində kredit götürən dövlət qulluqçuları, hərbçilər və həkimlərə böyük imtiyazlar verən üzvlük kredit kartları hədiyyə ediləcək.

Hazırda "Unibank"ın digər sərfəli kampaniyaları da davam edir. Böyük marağa səbəb olan "Yumurta qiymətinə kredit" kampaniyası çərçivəsində hər bir Azərbaycan vətəndaşının "Unibank"dan 36 ay muddətinədək götürülən hər 100 manat kredit uçün gündəlik etdiyi ödəniş 15 qəpiyə bərabərdir. Bu ödəniş həm əsas borcu, həm də faiz borcunu əhatə edir.

Əhatə etdiyi yaş qrupunun xüsusi marağını çəlb edən "Yaşlı olmaq sərfəlidir" aksiyası çərçivəsində 50 yaşdan 70 yaşadək, gəliri olan hər bir Azərbaycan vətəndaşı iş yerindən arayış və ya təqaüd haqqında arayış təqdim etmədən "Unibank"dan 7500 manatadək, həm də 3,5% endirimlə kredit ala bilir.

Qeyd edək ki, "Unibank"ın nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddi 70-dir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə "Unidirect" xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb öz elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.

Qeyd edək ki, "Unibank"da kredit ödənişləri çox asan olub. İndi bütün "Unibank" müştəriləri kreditləri poçt şöbələrindən, "MilliÖn" ödəniş terminallarında, Hesab.az saytında, "Unibank"ın CASH-in öəniş terminallarında və Unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti