...

"Bank of Baku" "Bolkart" sahiblərinə romantik hədiyyə təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2013 19:04 (UTC +04:00)
"Bolkart" sahiblərinin yay dəbi zövqünü oxşamaq məqsədilə "Romantic" mağazalar şəbəkəsi onlara yeni bir hədiyyə fürsəti təqdim edir.
"Bank of Baku" "Bolkart" sahiblərinə romantik hədiyyə təqdim edir

Azərbaycan, Bakı, 5 iyul /Trend/

"Bolkart" sahiblərinin yay dəbi zövqünü oxşamaq məqsədilə "Romantic" mağazalar şəbəkəsi onlara yeni bir hədiyyə fürsəti təqdim edir.

"Bank of Baku"dan cümə günü Trend-ə verilən məlumaat görə, 5, 6, 7 iyul tarixlərində "Bolkart"la "Romantic" mağazalarından 75 manatdan artıq alış-veriş edən hər "Bolkart" sahibi sərf etdiyi məbləğin 20%-i dəyərində hədiyyə qazanacaq.

Bundan savayı, aksiya ərzində kart sahibləri aldıqları malın haqqını 6 aya deyil, 12 aya ödəmə imkanı əldə edəcəklər.

"Bolkart" sahibləri "Romantic" mağazalarında ən müxtəlif geyim və aksesuar növlərini, o cümlədən don, bluz, ayaqqabı, köynək, sarafan, saat və çanta ala bilərlər.

Xatırladaq ki, "Bolkart"ı artıq 120 minə yaxın Azərbaycan vətəndaşı əldə edib və bu gün bu kredit kartı ilə ölkəmizin 1000-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür. Eyni zamanda, "MasterCard" loqolu "Bolkart"dan xarici ölkələrdəki "MasterCard" loqosu olan ticarət mərkəzlərində, həmçinin qlobal miqyasda internetdə alış-veriş üçün istifadə etmək olar.

"Bolkart" barədə daha ətraflı: www.facebook.com/bolkart

Məqalədə:
Xəbər lenti

Xəbər lenti