...

"Joint Leasing" şirkəti kapitalını 80 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2013 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir A. Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Joint Leasing Company" QSC-nin 1,26 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in QKDK-yə istinadən verdiyi məlumata görə, emissiyanın yerləşdirilməsi 360 manat nominalında 1 416 3500 səhmin 200 manat nominallı eyni həcmdə səhmə konvertasiya yolu ilə həyata keçiriləcək. Nəticədə şirkətin nizamnamə kapitalı 80 faiz artaraq 0,7 milyon manatdan 1,26 milyon manata çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti