...

2014-cü il dövlət büdcəsi layihəsi Azərbaycan hökumətinə təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2013 12:03 (UTC +04:00)
Maliyyə Nazirliyi 2014-cü il və sonrakı üç il üzrə dövlət büdcəsinin layihəsi Azərbaycan Nazirlər Kabinetinə təqdim edib.
2014-cü il dövlət büdcəsi layihəsi Azərbaycan hökumətinə təqdim edilib

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Maliyyə Nazirliyi 2014-cü il və sonrakı üç il üzrə dövlət büdcəsi layihəsini Azərbaycan Nazirlər Kabinetinə təqdim edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda bildirilir.

Gələn il Azərbaycan hökuməti dövlət büdcəsinin xərclərinin prioritetlərindən biri olan sosial siyasəti davam etdirmək niyyətindədir. O cümlədən, əhalinin rifahının və yaşayış səviyyəsinin, məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin artırılması, ölkənin enerji potensialının gücləndirilməsi, içməli su və qaz təchizatı, kanalizasiya və meliorasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması, kənd yollarının tikintisi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi, sosial və investisiya proqramları üçün maliyyə təminatının yaradılması nəzərdə tutulur.

Ölkə hökumətindən vurğulanıb ki, büdcə proqnozlarının müzakirəsi sentyabrın 20-nə planlaşdırılıb və sentyabrın 25-dək büdcə paketi Prezident Administrasiyasına təqdim edilməlidir.

Gələn ilin büdcə proqnozları neftin qiymətinin bir barelə görə 100 dollardan hesablanaraq formalaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti