...

Aydın Əliyev: Biryulovadakı hadisələr Azərbaycan gömrüyünün işinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2013 13:23 (UTC +04:00)
Biryulevodakı məlum hadisələr Rusiya ilə sərhəddəki gömrük məntəqələrinin iş rejiminə təsir etməyib.
Aydın Əliyev: Biryulovadakı hadisələr Azərbaycan gömrüyünün işinə təsir etməyib

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir E. Əliyev/

Biryulevodakı məlum hadisələr Rusiya ilə sərhəddəki gömrük məntəqələrinin iş rejiminə təsir etməyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Əliyev vurğulayıb ki, bütün gömrük məntəqələrində vəziyyət normaldır.

Yuxarıda göstərilən hadisələrlə bağlı Azərbaycan-Rusiya sərhədində vəziyyətin və miqrasiyanın mümkün gərginləşməsi ilə bağlı sualı şərh edən Əliyev vurğulayıb ki, bu məsələ Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərindədir.

Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.

Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti