Azərbaycan, Bakı, 13 noyabr / Trend /
Azərbaycan Beynəlxalq Bankı dünyanın aparıcı ödəniş sistemlərindən biri olan "UnionPay International" şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Bankdan Trend-ə daxil olan məlumata görə, tərəfdaşlıq çərçivəsində Azərbaycan Beynəlxalq Bankı "UnionPay İnternational" ödəniş sisteminin kartlarını öz POS terminallarında və bankomatlarında qəbul edəcək və Azərbaycanda ilk dəfə olaraq sözü gedən ödəniş sistemi ilə birgə plastik kartların emissiyasını həyata keçirəcək.
Qeyd edək ki, 2002-ci ilin mart ayında Çin Dövlət Şurası və "Çin Xalq Bank"ı tərəfindən təsis edilmiş "UnionPay İnternational" şirkəti emissiya etdiyi kartların sayına görə dünyada birinci, kartlar üzrə dövriyyəyə görə isə ikinci yerdədir. Şirkətin emissiya etdiyi kartların sayı 3 milyarda yaxındır və dünyanın 141 ölkəsində qəbul olunur. Hazırda dünya üzrə 50-dən çox böyük maliyyə institutu yerli valyutada UnionPay kartlarının emisiyyasını həyata keçirir.