...

Avstriya şirkətləri Azərbaycana texnologiyaların ixracına maraq göstərirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2013 12:29 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumunda Avstriyanın Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şents bildirib.
Avstriya şirkətləri Azərbaycana texnologiyaların ixracına maraq göstərirlər

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E. Əliyev/

Avstriya şirkətləri Azərbaycana texnologiyaların ixracına maraq göstərirlər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumunda Avstriyanın Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şents bildirib.

O deyib: "Rəhbərlik etdiyim nümayəndə heyətinin tərkibinə Avstriyanın 19 şirkətinin nümayəndələri daxildir. Hesab edirəm ki, avstriyalı sahibkarlar Azərbaycanın inkişafına öz töhfəsini verib".

Onun sözlərinə görə, iki dövlət başçısının qarşılıqlı səfərləri də ikitərəfli əməkdaşlığın inkişafına müsbət təsir göstərir və gələcəyə nikbin baxmağa əsas verir: "Avstriya inşaat sektoruna, o cümlədən mühəndis texnologiyaları, inşaat materiallarının istehsalına sərmayə qoymağa maraq göstərir. Avstriyalı mütəxəssislər turizm sahəsində, eləcə də qış turizmi və müvafiq obyektlərin tikintisi sahəsində xeyli təcrübə qazanıb və ixtisaslaşıblar".

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ilin yanvar-oktyabrında Azərbaycan və Avstriya arasında əmtəə dövriyyəsi 333,46 milyon ABŞ dolları təşkil edib. Bu həcmin çox hissəsi, təqribən 253,88 milyon dollar Avstriyaya Azərbaycan məhsullarının ixracının payına düşür. Eyni zamanda, Azərbaycana 79,58 milyon dollar həcmində Avstriya məhsulları idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti