...

Azərbaycanın iqtisadi inkişafı - uğurlu inkişaf modeli

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2014 14:36 (UTC +04:00)
ABŞ-ın "Heritage" Fondu və "Wall Street Journal" qəzetinin birgə hazırladığı "İqtisadi Azadlıq İndeksi - 2014" adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla, dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olub.
Azərbaycanın iqtisadi inkişafı - uğurlu inkişaf modeli

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Leyla Abdullayeva, Trend BİA-nın Analitik Mərkəzinin eksperti

ABŞ-ın "Heritage" Fondu və "Wall Street Journal" qəzetinin birgə hazırladığı "İqtisadi Azadlıq İndeksi - 2014" adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla, dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olub.

Araşdırmaya əsasən, iqtisadiyyatı daha azad olan ölkələrdə əhalinin rifah səviyyəsi daha yüksəkdir, iqtisadi azadlıq isə nisbətən tez və nəzərəçarpacaq nəticələr verir. Azərbaycanda əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələyir və bu deməyə əsas verir ki, vətəndaşların rifahı yaxşılaşır, müsbət dinamika isə ildən-ilə güclənir.

Ölkəmizin inkişafının əsas dinamikasını onun iqtisadi gücü müəyyənləşdirir. Azərbaycan beynəlxalq arenada və regionda böyük uğurlar qazanıb. Ölkənin ümumi daxili məhsulu (ÜDM) təxminən 6 faiz artıb. Bu, çox böyük göstəricidir.

Nəzərə alsaq ki, bu gün dünyanın əksər ölkələrində ÜDM 0,5 faiz, 1 faiz, 1,5 faiz artır, Azərbaycan ÜDM-nin təxminən 6 faiz səviyyəsində artması böyük nəticədir.

Ölkədə qeyri-neft sektoru təxminən 10 faiz artıb və bununla yanaşı, qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün hazırda ciddi proqramlar icra edilir.

2013-cü il ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub. Bu tendensiya artıq bir neçə ildir davam edir. Ölkəyə yatırılan xarici investisiyaların artımı təsdiq edir ki, Azərbaycan xarici investorlar üçün çox etibarlı tərəfdaş və cəlbedici ölkədir.

Ölkədə aparılan iqtisadi islahatlar, iqtisadi liberallaşdırma, dünyanın qabaqcıl reytinq agentliklərinin Azərbaycanın kredit reytinqlərini yüksəltməsi, dünya iqtisadiyyatına inteqrasiya siyasəti xarici investisiyaların artımına xidmət edir. Bununla da Azərbaycanın iqtisadi inkişaf modeli dünyanın bir çox qabaqcıl ölkələrinə nümunə ola biləcək uğurlu modeldir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti