...

Bakı Fond Birjası İdarə Heyətinə yeni sədr təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2014 14:07 (UTC +04:00)
Bakı Fond Birjası (BFB) səhmdarlarının ümumi yığıncağının qərarı ilə Fariz Əzizov birjanın İdarə Heyətinin yeni sədr təyin olunub.
Bakı Fond Birjası İdarə Heyətinə yeni sədr təyin olunub

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İ.Xəlilova /

Bakı Fond Birjası (BFB) səhmdarlarının ümumi yığıncağının qərarı ilə Fariz Əzizov birjanın İdarə Heyətinin yeni sədr təyin olunub. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bu qərar ötən həftənin sonunda fond birjasının səhmdarlarının ümumi yığıncağında BFB-nin fəaliyyətdə olan sədri Emin Muradovun başqa işə keçməsi ilə əlaqədar qəbul edilib.

BFB İdarə Heyətinin sədri təyin olunanadək Fariz Əzizov Milli Depozit Mərkəzinə (MDM) rəhbərlik edib. Trend-də olan məlumata görə, MDM-in İdarə Heyətinin sədri vakant yerinə Aqşin Cahangirovun təyin ediləcəyi gözlənilir. A.Cahangirov 2011-ci ilin aprelindən indiyədək MDM İH sədrinin birinci müavinini səlahiyyətlərini icra edir.

Əzizov Fariz Nazim oğlu 1978-ci il avqustun 15-də Bakıda anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat və audit fakültəsini bitirib. Əmək fəaliyyətinə "Azal Siğorta" sığorta şirkətində başlayıb. Son illərdə "Azal Siğorta" ASC-nin İH sədrinin müavini vəzifəsini tutub. 2007-2008-ci illərdə Böyük Britaniyada Lancaster University Business School-da oxuyub və biznesin idarə edilməsi üzrə magistr dərəcəsini alıb. 2009-cu ilin fevralında Milli Depozit Mərkəzinin İH sədrinin müavini vəzifəsində çalışıb. 2011-ci ilin aprelində MDM İN-nin sədri olub. Evlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti