...

Bolkart sahiblərinə "Romantic"-dən bayram hədiyyəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2014 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend/

"Bank of Baku" və "Romantic" mağazalar şəbəkəsi Bolkart sahibləri üçün bayramqabağı hədiyyə təqdim edirlər. 7, 8, 9 mart tarixlərində Bolkartla "Romantic" mağazalarında 75 manatdan artıq alış-veriş edən hər kart sahibi sərf etdiyi məbləğin 20%-i dəyərində hədiyyə qazanacaq.

Bankın cümə günü yaydığı məlumata görə, bundan savayı, bu üç gün ərzində kart sahibləri aldıqları malın dəyərini 6 aya deyil, 12 aya ödəmə imkanı əldə edəcək.

Bolkart sahibləri "Romantic" mağazalarından ən müxtəlif geyim və aksessuar növlərini, o cümlədən gödəkcə, ayaqqabı, şalvar, don, köynək, sarafan, saat, çanta ala bilərlər.

Bu gün 200.000-dən çox Azərbaycan vətəndaşı Bolkart ilə alış-veriş edir, kartdan nağd pul çıxarır və Bolkart-ın digər imtiyazlarından faydalanır. Bolkart MasterCard sahibləri isə Azərbaycanda, xarici ölkələrdə və internetdə rahat alış-veriş edə bilir.

Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder
Ətraflı məlumat: www.facebook.com/Bolkart

Məqalədə:
Xəbər lenti

Xəbər lenti