Azərbaycan, Bakı, 13 may /Trend/
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı protokol imzalanıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının maliyyə naziri İbrahim Əbdül Əziz əl-Əssaf ilə "Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiyaya protokol" imzalayıb.