...

Azərbaycan və Polşa qiymətli kağızlar bazarının inkişafı sahəsində əməkdaşlığa dair razılığa gəliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2014 20:05 (UTC +04:00)
Qiymətli kağızlar bazarına dair qanunvericiliyin, həmçinin nəzarət və tənzimləyici çərçivəsinin Avropa İttifaqının qabaqcıl standartlarına uyğunlaşdırılması və qiymətli kağızlar bazarı iştirakçılarının məlumatlılığının artırılmasına dəstək göstərilməsi məqsədilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Tvinninq layihəsindən yararlanır.
Azərbaycan və Polşa qiymətli kağızlar bazarının inkişafı sahəsində əməkdaşlığa dair razılığa gəliblər

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir Z.Qurbanova/

Qiymətli kağızlar bazarına dair qanunvericiliyin, həmçinin nəzarət və tənzimləyici çərçivəsinin Avropa İttifaqının qabaqcıl standartlarına uyğunlaşdırılması və qiymətli kağızlar bazarı iştirakçılarının məlumatlılığının artırılmasına dəstək göstərilməsi məqsədilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Tvinninq layihəsindən yararlanır.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihə Aİ üzvlərinin və benefisiar dövlətlərin müvafiq qurumları arasında tərəfdaşlıq və əməkdaşlığa əsaslanan institusional quruculuq alətidir.

20 ay əvvəl icrasına başlanılan "Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa Birliyinin qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin institusional inkişaf" Tvinninq layihəsi Aİ tərəfindən maliyyələşdirilib və Polşanın Maliyyə Nəzarəti Agentliyi tərəfindən icra olunub. Həmçinin, Aİ-nin vahid tənzimləyici çərçivəsinin milli xüsusiyyətlərinin müxtəlifliklərindən istifadə olunması və yararlanılacaq beynəlxalq təcrübənin sərhədlərinin genişləndirilməsi məqsədilə Polşanın Maliyyə Nəzarəti Agentliyi ilə yanaşı Almaniyanın Maliyyə Nəzarəti Agentliyi tərəfindən layihənin uğurlu icrasına dəstək göstərilib.

Layihənin icrası 3 istiqamətdə həyata keçirilib.

Gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsi, davamlılığının təmin edilməsi və bu münasibətlərin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi məqsədilə, tərəflər arasında Anlaşma Memorandumunun imzalanması barədə razılıq əldə olunub və "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Polşanın Maliyyə Nəzarəti Agentliyi arasında ikitərəfli əməkdaşlığa dair" Memorandum layihəsi hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti