...

Nazir: Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olması müzakirə mövzusu olaraq qalır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2014 15:44 (UTC +04:00)
Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olmaq məsələsinə baxa bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə RF-nin iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.
Nazir: Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olması müzakirə mövzusu olaraq qalır

Azərbaycan, Bakı, 2 iyun / Trend, müxbir E.Əliyev /

Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olmaq məsələsinə baxa bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə RF-nin iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.

Nazir deyib ki, Aİİ ciddi iqtisadi imtiyazlar verir: "Əlbəttə, iqtisadi məsələlərlə yanaşı, bir sıra siyasi məsələlər də var, amma hesab edirəm ki, həll edilməsi mümkün olmayan məsələ yoxdur".

Onun sözlərinə görə, digər inteqrasiya formaları kimi Aİİ azaddır və iştirak üçün açıqdır: "Biz bu barədə danışdıq və bu məsələ müzakirə mövzusu olaraq qalır. Mənim nöqteyi-nəzərimcə, Azərbaycanın həmin sazişdə iştirakı məntiqi və doğru olardı. Axı Azərbaycan MDB-nin azad ticarət rejimindən istifadə edir. Bu istiqamətdə daha da irəli getmək lazımdır. Aİİ təkcə azad əmtəə bazarı deyil, həm də xidmətlər, investisiyalar, işçi qüvvəsidir. Bu əməyin və biznesin müdafiə olunmasıdır".

Rusiyalı nazir deyib ki, RF Azərbaycanın regional əməkdaşlığa malik olduğu yeganə tərəfdaşıdır: "Bu əməkdaşlığın nümunəsi kimi iyunun 20-də Rusiya regionlarının iştirakı ilə Qəbələdə keçiriləcək biznes forumu göstərə bilərəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti