Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir Z.Qurbanova/
2014-cü ilin may ayında dövlət və korporativ qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə "Paşa Kapital" MMC başçılıq edib. Şirkət ümumi dəyəri 1,04 milyard manat olan broker xidmətləri göstərib. Bu barədə Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
İkinci yeri ümumi həcmi 917,4 milyon manat olan broker xidmətləri göstərmiş "İnvest-AZ" MMC tutub.
Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 45,9 milyon manatla "Brokdil-AZ" MMC qərarlaşıb.
2014-cü ilin may ayında qiymətli kağızlar bazarında göstərilmiş xidmətlərin həcmi üzrə brokerlərin renkinqi:
Xidmətlərin həcminə görə cari yeri |
Brokerlər |
Broker xidmətlərinin məbləği (AZN) |
1 |
"Paşa Kapital" MMC |
1 042 787 332.08 |
2 |
"İnvest-AZ" MMC |
917 410 800.00 |
3 |
"Brokdil-Az" MMC |
45 879 504.00 |
4 |
"Standard Kapital" MMC |
38 158 957.67 |
5 |
"Unicapital" ASC |
22 357 465.91 |
6 |
"Texnika Kapital Menecment" MMC |
13 514 144.87 |
7 |
"ADB-Broker" MMC |
6 198 962.00 |
8 |
"Xalq Kapital" MMC |
1 378 873.66 |
9 |
"Çelsi Kapital" MMC |
1 252 433.88 |
10 |
"İnterneyşnl Tranzakşn Sistem" MMC |
600 000.94 |