...

Bir SMS-lə bank cibinizdə

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2014 16:33 (UTC +04:00)
Siz internetə çıxışın mümkünsüz olduğu bir yerdəsiniz və bank hesabınızdan gündəlik xəbərdar olmaq istəyirsiniz? Bu, artıq mümkündür. Çünki, Unibank-ın SMS-bançılıq xidməti cəmi 1 SMS-lə bank hesabınızda istədiyiniz əməliyyatı mümkün etdi.
Bir SMS-lə bank cibinizdə

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Siz internetə çıxışın mümkünsüz olduğu bir yerdəsiniz və bank hesabınızdan gündəlik xəbərdar olmaq istəyirsiniz? Bu, artıq mümkündür. Çünki, Unibank-ın SMS-bançılıq xidməti cəmi 1 SMS-lə bank hesabınızda istədiyiniz əməliyyatı mümkün etdi.

Bankdan Trend-ə verilən məlumata görə, artıq Unibank-ın müştəriləri internetə çıxış və ya üzərində internet kartı olmadıqda belə, günün istənilən vaxtı bank hesabları haqqında məlumat əldə edəcəklər. Müştərilər öz mobil nömrələrindən SMS göndərərək, kartlarının balansını öyrənə, kartlarını bloklaşdırıb və blokdan azad edə, SMS-bankçılıq xidmətinə qoşulan nömrələrini dəyişə və digər xidmətlərdən faydalana biləcəklər.

NİYƏ BİZİ SEÇMƏLİSİNİZ?

- Unibank-ın SMS-bankçılıq xidməti həftənin 7 günü, günün 24 saatı xidmətinizdədir;

- Sistemə qoşulma pulsuzdur;

- SMS-bankçılıq xidmətini aktiv etmək üçün banka gəlməyə ehtiyac yoxdur, çünki müştərinin Unibank-dan götürdüyü bütün kredit kartları avtomatik olaraq SMS-bank xidmətinə qoşulur;

- Xidmətdən istifadə üçün bank tərəfindən heç bir komissiya haqqı tutulmur;

- Bütün mobil operatorlardan SMS-bank xidmətinə qoşulmaq mümkündür.

Müştərilər öz mobil nömrələrindən müvafiq xidmətin adını və kartının son 4 rəqəmini SMS-lə göndərərək istədiyi xidmətdən istifadə edə bilərlər. Məsələn, "Azercell" abunəçisinizsə, kart hesabınızın balansını öyrənmək üçün BALANCE sözünü yazıb ortada boşluq qoyub, əməliyyat aparılacaq kartın üzərindəki SON dörd rəqəmi yazaraq 8893 nömrəsinə göndərmək lazımdır.

SMS-bank xidmətinin müştəriyə verdiyi bütün imkanlarla bu linkdə (http://www.unibank.az/az/private-clients/sms-banking/) tanış olmaq mümkündür. Daha ətraflı məlumatı 117 xidmətindən də öyrənmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti