...

Estoniyanın Azərbaycanda ilk iqtisadi səfiri təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2014 20:00 (UTC +04:00)
Azərbaycan-Estoniya Ticarət Palatasının sədri Yana Krimpe Estoniyanın Azərbaycanda ilk iqtisadi səfiri vəzifəsinə təyin olunub.
Estoniyanın Azərbaycanda ilk iqtisadi səfiri təyin olunub

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan-Estoniya Ticarət Palatasının sədri Yana Krimpe Estoniyanın Azərbaycanda ilk iqtisadi səfiri vəzifəsinə təyin olunub.

Trend xəbər verir ki, iqtisadi səfir vəzifəsi Estoniyanın ixrac və investisiya üzrə dövlət agentiyi olan Sahibkarlığın İnkişafına Dəstək Fondu (EAS) tərəfindən təsis edilib.

Xanım Y.Krimpenin sözlərinə görə, onun üçün iki ölkə arasında münasibətlərin inkişafı olduqca vacibdir: "Mən artıq 8 ildir Azərbaycanda yaşayır və sahibkarlıqla məşğul oluram və əminəm ki, Estoniya müəssisələrinin Azərbaycana təklifləri var. Buna görə də mən Estoniyanın Sahibkarlığın İnkişafına Dəstək Fondunun ideyasına qoşuldum. Mən Estoniya şirkətlərinin Azərbaycan bazarına çıxması üçün zəruri olan məlumatları verməyə və kömək etməyə hazıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti