...

Mərkəzi Banka institusional müstəqilliyi artırmaq təklif edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2014 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İlahə Məmmədli/

Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasət aparması üçün institusional müstəqilliyə və səmərəli alətlərə ehtiyac var. Bu barədə Trend bazar ertəsi "Standard & Poor's" beynəlxalq reytinq agentliyinin reytinq qiymətləndirilməsinin təsdiq edilməsi üzrə hesabatına istinadən məlumat verir.

Hesabata görə, hazırda ölkədə pul və bank sistemləri kifayət qədər inkişaf etməyib: "Hər iki sistem zəif idarəetmə standartları və anderraytinqilə fərqlənir".

"Standard & Poor's" qeyd edir ki, 2013-cü ildə milli valyutanın məzənnəsi bir az daha çevik olub, lakin AMB onun ABŞ dollarına bağlılığını saxlayır: "Biz pul transmissiya mexanizmlərini zəif kimi qiymətləndiririk. Eyni zamanda, dollarlaşmanın səviyyəsinin azalmasını və milli valyutanın möhkəmləndirilməsini qeyd edirik ki, bu da ortamüddətli perspektivdə pul transmissiya mexanizmlərinin yaxşılaşmasına gətirib çıxara bilər. AMB bu yaxınlarda ölkə bankları tərəfindən istehlak kreditləşməsini məhdudlaşdırıb ki, bu da monetar siyasətin çevikliyinin artmasına gətirib çıxara bilər".

Hesabat müəllifləri bildirirlər ki, kapitalın daxili bazarları "dar" və kifayət qədər inkişaf etməmiş kimi xarakterizə edilir: "Biz hesab edirik ki, yaxın 4 ildə ölkənin iri bankı və hökumət üçün şərti öhdəliklərin potensial mənbəyi Azərbaycan Beynəlxalq Bankı (AMB) yenə də kapital axını əldə edəcək. AMB-nin aktivləri bank sisteminin məcmu aktivlərinin təqribən 35 faizini təşkil edir. Son illər artan istehlak kreditləşməsinin artım tempi çox güman 2014-cü ildə yubanacaq ki, bu da maliyyə sistemi üçün riskləri bir qədər azaldacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti