...

Azərbaycan iki yeni "Boeing" təyyarəsi alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2014 11:22 (UTC +04:00)
Azərbaycanın "Silk Way Airlines" şirkəti "Boeing 747-8" markalı iki yeni yük təyyarəsi alıb.
Azərbaycan iki yeni "Boeing" təyyarəsi alıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanın "Silk Way Airlines" şirkəti "Boeing 747-8" markalı iki yeni yük təyyarəsi alıb. Trend-in məlumatına görə, bu barədə "Boeing" şirkətinin saytında yerləşdirilmiş məlumatda deyilir.

Bildirilir ki, təyyarələrdən biri Azərbaycanın aviasiya şirkətinə ötən həftə, digəri isə avqustun 28-də çatdırılıb.

Müasir "Boeing 747-8" təyyarələri "Boeing-747-400" təyyarələrində 16 faiz daha tutumludur. İndiyədək müxtəlif aviaşirkətlərə "Boeing 747-849" markalı 49 yük təyyarəsi satılıb.

Azıərbaycanın "Silk Way Airlines" aviaşirkətinin mənzil-qərargahı Bakıda yerləşir. Aviaşirkət 50-dən artıq istiqamətdə müntəzəm və çarter yük reyslərinin həyata keçirilməsi üzrə liderdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti