...

Macarıstan aviaşirkəti Budapeştdən Bakıya uçuşları davam etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2014 14:38 (UTC +04:00)
Macarıstanın “Wizz air” aviaşirkəti hökumətlərarası saziş əsasında Budapeştdən Bakıya uçuşları davam etdirəcək.
Macarıstan aviaşirkəti Budapeştdən Bakıya uçuşları davam etdirəcək

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Macarıstanın "Wizz air" aviaşirkəti hökumətlərarası saziş əsasında Budapeştdən Bakıya uçuşları davam etdirəcək. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə "Azərbaycan Hava Yolları" QSC-nin sədr müavini Sabir İlyasov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfinin nümayəndə heyəti hökumətlərarası sazişi imzalamaq üçün Budapeştdə səfərdədir: "Onlar aviareysləri yerinə yetirməkdə davam edəcəklər. Aviareyslərin yerinə yetirilməsi üçün hökumətlərarası saziş yox idi və onlar müvəqqəti protokol əsasında uçurdular, indi isə bu, hökumətlərarası saziş çərçivəsində olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti