...

Vergiödəyicilər Çağrı Mərkəzinin xidmətindən 97 faiz razıdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2014 15:57 (UTC +04:00)
2014-cü ilin oktyabr ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 20 537 və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,2% çox zəng daxil olub.
Vergiödəyicilər Çağrı Mərkəzinin xidmətindən 97 faiz razıdırlar

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

2014-cü ilin oktyabr ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 20 537 və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,2% çox zəng daxil olub.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, canlı əlaqə zamanı 19 596 sual xarakterli müraciət cavablandırılıb ki, onların da 13,1%-i qeydiyyat, 11,6%-i elektron xidmətlər, 9,1%-i elektron imza, 7,8%-i hesabatlar, 7,3%-i əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi, 4,7%-i büdcə hesablaşmaları, 4,1%-i isə vergiödəyicilərə göndərilmiş mesajlar barədə olub.

Hesabat dövründə vergiödəyicilər tərəfindən səsli menyu vasitəsilə məlumat almaq üçün 4628 zəng daxil olub. 758 dəfə vergi növləri barədə məlumatın verilməsi, 2076 sayda isə vergi borcu barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib.

Həmin dövrdə vergiödəyicilər onlara 201 261 sayda mesaj göndərilməklə məlumatlandırılıb ki, onlardan 200 224-ü qısa mesaj (SMS) xidməti, 1037-si isə ikitərəfli SMS xidməti vasitəsilə olub.

Vergiödəyicilərin Çağrı Mərkəzinin xidmətindən razı qalma səviyyəsi 96,97% olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti